Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 21:16
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son oyun günündə daha 2 matç keçirilib. Qış fasiləsinə uğurlu seriya ilə yollanan "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Digər oyunda isə lider "Qarabağ" autsayder "Səbail"in qonağı olub. Ağdam klubu səfər matçından 1:0 hesablı qələbə ilə ayrılıb.
2 fevral (bazar)
17:30. "Səbail" - "Qarabağ" - 0:1
Qol: Mahir Emreli, 81
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
"ASCO Arena"
15:00. "Qəbələ" - "Keşlə" - 1:2
Qol: Miyusko Boyoviç, 35 (0:1), Sezar Meza Kolli, 40 (0:2), İviça Zuniç, 60 (1:2)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
1 fevral (şənbə)
"Neftçi" - "Sumqayıt" - 1:1
"Zirə" - "Sabah" - 2:0
|
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol