Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 23:08
Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı nəticəsində xəsarət alanların sayı artıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Bildirilir ki, onlara hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Xatırladaq ki, hücum edən şəxs polislər tərəfindən güllələnib.
XXX
22:31
Böyük Britaniyanın paytaxtı Londonda terror aktı törədilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxs bıçaqla insanlara hücum edib. İnsident nəticəsində azı 2 nəfər xəsarət alıb.
Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən güllələnib. Hadisənin terrorçuluqla əlaqəli olduğu qeyd edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin