Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır

Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır

Tarix: 3 Fevral 2020 15:21

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.


Etiketlər:  Seçki bülletenlərinin lara verilməsi müddəti sabah başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ