Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda fermada yanğın olub

Sumqayıtda fermada yanğın olub

Tarix: 4 Fevral 2020 12:33

Bakı. Trend:

Sumqayıtda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 1200 m² olan fermanın içərisində 10 p.m elektrik kabeli, kartondan ibarət arakəsmə divar və yerə səpilən saman 4 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sumqayıtda fermada yanğın olub


RƏYLƏR