Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam olan evə kişi lazım deyil'' - Qızının sözü Musanın xoşuna gəlmədi - FOTO

''Anam olan evə kişi lazım deyil'' - Qızının sözü Musanın xoşuna gəlmədi - FOTO

Tarix: 4 Fevral 2020 13:26

Musanın qızı olmaq çətindir, Təranənin qızı olmaq asandır. Çünki o, bir az üzü yola adamdır.

Milli.Az xəbər verir ki, bu sözləri Tarix Əliyev (Tolik) qonağı olan Təranənin qızı Qumral ilə söhbəti zamanı deyib.

Müğənninin qızının cavabı özünü çox gözlətməyib:

"Yox, o, sizə elə gəlir. Mama çox da elə asan adam deyil. Anam olduğu evə nə qayınana lazımdır, nə ər! Yəni, birinci növbədə odur".

Verilişin qonaqları arasında olan Musa Musayev Qumralın sözünə "Biz lazım deyilik? Onda şələ-şüləmizi yığaq gedək evdən" ifadəsi ilə reaksiya verib. 

Qumral Musanın onu yanlış anladığını bildirib:

"Bizlə ən çox hara getdik, nə etdik anam maraqlanır. Ona görə elə dedim. Evdə əsas idarəçimiz anamdır".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Anam olan evə kişi lazım deyil Qızının sözü Musanın xoşuna gəlmədi FOTO


RƏYLƏR