Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 22:52
"Vice Motherboard" və "PCMag" nəşrində Avast şirkəti istifadəçi məlumatlarını üçüncü şəxsə satmaqda təqsirləndirilmişdi. Həmin məlumatlarda qeyd olunur ki, fərdi informasiyaların oğurlanması əvvəl brauzerlər, sonra isə Avast Antivirus proqramı vasitəsilə həyata keçirilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avast şirkətinin baş direktoru Ondrej Vlçek yayılan məlumatlar bağlı açıqlama verib.
O.Vlçek bildirib ki, yaxın zamanda Jumpshot şirkəti bağlanacaq:"Avast şirkətinin ən başlıca məqsədi istifadəçilərinin təhlükəsizliyini təmin etməkdir. Onlar üçün ən xırda təhlükə belə şirkət üçün qəbuledilməzdir. Müştərilərimiz bizim üçün ən başlıca prioritetidir. Ona görə də, müştərilərimizdə tərəddüd yaradan "Jumpshot" şirkətinin fəaliyyətini dayandıracağıq".