Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 14:02
Bakı. Trend:
Güclü, dayanıqlı, uğurla inkişaf edən özəl sektor müasir Azərbaycanın stabil iqtisadiyyatının rəhnidir.
Ölkədə aparılan iqtisadi islahatlar fonunda qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində sürətlə inkişaf edərək 2019-cu ilin yekunlarına əsasən 14 faizdən çox artım nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında qeyd etdiyi kimi: “Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb”.
Qeyri-neft sektorunun artması yeni iş yerlərinin açılmasını da sürətlənidirib, təkcə ötən il 98 min yeni iş yeri açılıb. Bu, əlbəttə ki, əhalinin məşğulluğu üzrə əsas məsələlərin həllində müsbət əks olunub. Dövlət başçısının qeyd etdiyi kimi, iş yerlərinin yaradılması daimi proses olmalıdır və demoqrafik inkişafı daim üstələməlidir.
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsində böyük rol maliyyə-kredit təşkilatları, banklar və bank olmayan kredit təşkilatları oynayır. Qeyd etmək lazımdır ki, beynəlxalq maliyyə böhranının nəticəsində ölkənin bank sektorunda yaranmış problemlər bu gün aradan qaldırılıb, bank sahəsinin sağlamlaşdırılması uğurla davam edir. Dövlət başçısı qeyd edib ki, bankların biznes kreditlərinə üstünlük verilməlidir. Bununla bağlı əsas rolu iqtisadiyyatın qeyro-neft seqmentinin bu və ya digər sahələrinin inkişaf istiqamətləri üzrə verilən güzəştli kreditlər oynamalıdır. Son illər ərzində güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilib, bundan sonra 200 milyon manata yaxın kreditlərin verilməsi nəzərdə tutulur.
Qeyri-neft sektorunun inkişafında sənaye istehsalı, xüsusilə də emal sənayesi vacib əhəmiyyət kəsb edir. Aqrar sektorda son illər aparılan islahatlar sayəsində üzüm yığımı 34 min ton, pambıq yığımı 46 faiz artıb, ipəkçilik, meyvə-tərəvəzçilik, tütünçülük, meyvəçilik, bitkiçilik intensiv inkişaf edir. Bu, ilk növbədə dövlətin bu sahəyə xüsusi diqqəti sayəsində mümkün olub, fermerlərə subsidiyalar, torpaq sahələri təqdim olunur, onlar üçün güzəştli vergitutma rejimi tətbiq olunur, aqroparklar, digər zəruri infrastrukru yaradılır. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatıb. Artım tempi 7 faizi, xüsusilə bitkiçilik sahəsində 10 faizi üstələyib.
Kənd təsərrüfatı məhsullarının ixracı da artır. Əlbəttə ki, bu, sevindirməyə bilməz. Amma bununla belə, yerlərdə kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq güclər, yüngül sənaye müəssisələri inkişaf etdirilməli, aqrar-sənaye kompleksi məhsullarının emalı üçün zavodlar və fabriklər tikilməlidir. Burada biznes ictimaiyyətinin nümayəndələri daha çox fəallıq göstərməlidir, şünki ölkədə bu sahənin uğurlu inkişafı üçün zəruri şərait yaradılıb. Bu istiqamətdə sürətli inkişaf əhalinin emal olunmuş kənd təsərrüfatı məhsullarına tələbatını təmin etməyə, ixracı artırmağa, dünya bazarlarında yüksək tələbat olan milli aqrar-sənaye brendlərinin tanınma səviyyəsini artırmağa imkan verəcək. Bununla da çox sayda əlavə iş yerləri yaranacaq ki, bu da region sakinlərinin milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının intensivləşməsi prosesinə səmərəli şəkildə cəlb olunmasına xidmət edəcək.
460 000 qeydiyyatlı istifadəçini birləşdirən EKTIS elektron kənd təsərrüfatı informasiya sistemi tətbiq olunub, bu çərçivədə fermerlərə subsidiyaların verilməsi həyata keçirilir. Bu yeni mexanizm hesabatlılığın, şəffaflığın, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin olunmasının artmasına, eləcə də fermerlərin müraciətlərinin və onlara subsidiya verilməsinin asanlaşdırılmasına xidmət edən tədbirlərlə bağlıdır. Bundan başqa, Azərbaycanda aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlığını təmin etmək məqsədi daşıyan Aqrar Sığorta Fondu yaradılıb. Bütün bunlar Azərbaycanın ümumilikdə qeyri-neft sektorunun, xüsusilə də aqrar-sənaye kompleksinin inkişafı və modernləşdirilməsi üzrə reallaşdırılan kompleks islahatlar çərçivəsində ardıcıl tədbirlər silsiləsidir.
Regionların əhalisi dövlət başçısının rəhbərliyə keçirilən bu islahatları tam dəstəkləyir. Azərbaycan Prezidentinin regionlarda keçirdiyi çoxsaylı görüşlər zamanı vətəndaşlar kənd təsərrüfatının inkişafına yönəlmiş müsbət dəyişiklikləri alqışlayır. Son illər ərzində kənd infrastrukturu əhəmiyyətli şəkildə inkişaf edib. Bütün regionların qazlaşdırılması təmin olunub. Dövlət başçısının səsləndirdiyi məlumatlara əsasən, bu gün elə bir rayon yoxdur ki, orada qazlaşdırma 70 faizdən az olsun. 16 700 kilometr avtomobil yolu tikilib, təkcə 2019-cu ilə 1300 kilometr yol salınıb. Çoxlu sayda kəndin yolları abadlaşdırılıb. Bu illər ərzində kəndlərin su ilə təmin olunmasının yaxşılaşdırılması üçün 1500-dən çox artezian quyusu qazılıb, yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular tikilib.
Yusif Ağayev
Trend siyasət şöbəsi
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin