Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:54
Bakı. Elçin Mehdiyev – Trend:
Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır: “Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir. 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin