Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 23:12
Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, bu gün iki matç keçirilib. "Fənərbaxça" səfərdə "Ərzurumspor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bununla da, İstanbul klubu ardıcıl üçüncü qələbəsini qazanıb.
Digrər oyunda "Ankaragücü" doğma meydanda "Sivasspor"u məğlub edib - 3:1.
"Ərzurumspor" - "Fənərbaxça" - 0:1
Qol: Moses, 59-pen
"Ankaragücü" - "Sivasspor" - 3:1
Qollar: Saçko, 24 (1:0), Boyd, 34 (2:0), Kanteros, 50 (3:1), Braz, 61 (3:1)
Qeyd edək ki, 33 turdan sonra "Fənərbaxça" 43 xalla 8-ci, "Ankaragücü" 40 xalla 12-ci, "Sivasspor" 38 xalla 14-cü, "Ərzurumspor" 32 xalla 17-cidir. Çempionluğu rəsmiləşdirən "Qalatasaray"ın 69, ikinci olan "Başakşəhər" 66, üçüncü pillədə yer alan "Beşiktaş"ın isə 62 xalı var.