Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda qeydə alınan QİÇS xəstələrinin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir

Gürcüstanda qeydə alınan QİÇS xəstələrinin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir

Tarix: 6 Fevral 2020 02:30

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 2019-cu illə müqayisədə artıb. Hazırda bu ölkədə 8150 nəfər QİÇS xəstəsi qeydiyyatdadır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəz məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə 48 yeni yoluxma halı qeydə alınıb. 2019-cu ilin eyni dövründə bu göstərici 41 fakt olub.

Xəstələrin əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir. QİÇS-ə yoluxanların 165-i dünyasını dəyişib, 4271 xəstədə bu virus inkişaf edib.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı ilk dəfə 1989-cu ildə qeydə alınıb.

Məlumat üçün bildirək ki, Gürcüstanda QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi dövlət hesabına həyata keçirilir.


Etiketlər:  Gürcüstanda qeydə alınan QİÇS xəstələrinin əksəriyyəti yaş qrupuna daxil olan şəxslərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ