Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmun sistemini möhkəmləndirən 6 ideal məhsul

İmmun sistemini möhkəmləndirən 6 ideal məhsul

Tarix: 6 Fevral 2020 23:36

Alman diyetoloq Eva-Mariya Fom Brux "Focu.de" portalına immun sistemini gücləndirən ideal məhsullar barədə danışıb.

Sonxeber.net qafqazinfo-ya istinadən həmin 6 məhsulu sizə təqdim edir:

İspanaq. A vitamini ilə zəngin olan bu məhsul dəri və virusdan qorunmada vacib rol oynayan selikli qişaların sağlamlığını dəstəkləyir. Məhsulun tərkibində, həmçinin çox miqdarda dəmir var. Dəmir çatışmazlığı immun sisteminin zəifləməsinə gətirib çıxarır.  

Kök. C vitamini ilə yanaşı, kökün tərkibində çox miqdarda karotinoidlər var. Onlar antioskidant təsir göstərir, immun sistemini ideal şəkildə dəstəkləyir.

Balıq. Balığın tərkibində B qrupu vitaminləri, çox miqdarda sink, selen var. Sonuncu iki mineral orqanizmin qoruyucu gücünü möhkəmləndirən son dərəcə vacib mikroelementlərdir.

Çərəz (qoz, fındıq, badam və s.) və toxumlar. Onların tərkibində faydalı qida maddələri var: E vitamini, sink, selen, mis. Onlar immun sisteminin zəifləməsinə qarşı ideal mübarizə aparır.

Kələm. Bu tərəvəz (xüsusilə də qırmızı kələm) qış aylarında orqanizmi A, C vitaminləri və selenlə təmin edir.

Kartof. Bu tərəvəzin tərkibində çox miqdarda C vitamini, eləcə də ürək-damar sistemini möhkəmləndirən kalium var.


Etiketlər:  İmmun sistemini möhkəmləndirən ideal məhsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ