Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə'' ''Səbail''ə uduzdu, ''Sabah'' ''Qəbələ''yə qalib gəldi

''Keşlə'' ''Səbail''ə uduzdu, ''Sabah'' ''Qəbələ''yə qalib gəldi

Tarix: 8 Fevral 2020 08:04

Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Bu, Bakı klubunun baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ölkə çempionatındakı ilk qələbəsi olub.

Günün digər matçında isə iddialılardan olan - 2-ci pillənin sahibi "Keşlə" autsayder "Səbail"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun daha iki görüşü sabaha nəzərdə tutulub.


7 fevral (cümə)

21:00."Keşlə" -" Səbail" - 0:1
Qol: 
Hendrik Ekşteyn, 51-pen
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
"ASK Arena"
 

19:00."Sabah" - "Qəbələ" - 3:2
Qollar: 
Ülvi İsgəndərov, 5 (0:1), Marko Deviç, 19 (1:1), Mario Marina, 22 (2:1), Ehtiram Şahverdiyev, 64-avtoqol (3:1), Nikolas Raysel, 90+1-pen (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
"Bank Respublika Arena"

 

8 fevral (şənbə)

17:30."Sumqayıt" - "Zirə"
Hakimlər
: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
"Kapital Bank Arena"

20:00."Qarabağ" - "Neftçi"
Hakimlər:
 Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 10 4 1 25-7 34
2 Keşlə 16 7 5 4 20-14 26
3 Neftçi 15 7 5 3 23-12 26
4 Zirə 15 5 5 5 20-22 20
5 Sumqayıt 15 5 4 6 19-21 19
6 Sabah 16 4 4 8 17-22 16
7 Səbail 16 4 3 9 11-25 15
8 Qəbələ 16 3 4 9 17-29 13



Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol

Milli.Az


Etiketlər:  Keşlə Səbailə uduzdu Sabah Qəbələyə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ