Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 08:44
2019-cu ilin son üç ayı ərzində dünyanın ən böyük videohostinqi "Google" şirkətinə təxminən 5 milyard dollar mənfəət qazandırıb. Bu haqda "Alphabet"in maliyyə hesabatından məlum olub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "YouTube" təxminən 15 ildir axtarış sisteminə məxsusdur, ancaq əvvəllər şirkət heç vaxt videohostinqdən əldə etdiyi gəliri açıqlamırdı. 2006-cı ildə "Google" şirkəti 1,65 milyard dollara "YouTube"u satın almışdı.
Hesabata əsasən, 2019-cu ildə videohostinqin reklam gəliri 15 milyard dollar təşkil edib. 2018-ci illə müqayisədə "YouTube"un gəliri 36,5% yüksəlib.