Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır - Rusiyalı politoloq

Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır - Rusiyalı politoloq

Tarix: 8 Fevral 2020 09:24

Azərbaycan Rusiya üçün Qafqaz regionunda vacib strateji tərəfdaşdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı politoloq, Sibir İdarəçilik İnstitutunun siyasət və beynəlxalq münasibətlər fakültəsinin dekanı Sergey Kozlov deyib.

Ekspert bildirib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələri təhlükəsizlik və iqtisadiyyatdır:

"Rusiya-Azərbaycan əməkdaşlığı Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin təmin olunmasının vacib amilidir. İki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayan daha bir amil Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmayan MDB ölkələri arasında Rusiyanın ən vacib ticarət tərəfdaşı olmasıdır. Rusiya Azərbaycan iqtisadiyyatına fəal şəkildə investisiya yerləşdirir. Rusiyaya investisiyaların həcmi 4,7 milyard dollara çatır. Azərbaycanda "Qazprom", "Lukoyl" və "Transneft" kimi Rusiyanın enerji şirkətləri işləyir. Digər sahələrdə də, xüsusilə maşınqayırma və əczaçılıq sahələrində də əməkdaşlıq reallaşdırılır".

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində vacib rolu dövlət başçıları arasındakı dostluq münasibətləri oynayır:

"Bu baxımdan dövlət başçılarının şəxsi əlaqələri dövlətlərarası münasibətlərin inkişafına təkan verir. Son iki il ərzində Vladimir Putin və İlham Əliyev dəfələrlə görüşüblər. Maraqlıdır ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını doğum günü münasibətilə iki dəfə təbrik edib - teleqramla və telefonla. Hətta müşahidəçiləri iki prezidentin münasibətlərində "xüsusi kimya"dan danışıblar. Bu da Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın gələcəkdə də qorunub saxlanacağına əminlik verən növbəti amildir".


Etiketlər:  Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır Rusiyalı politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ