Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

35 yaşlı İnyesta 37-ci kuboku qazandı

35 yaşlı İnyesta 37-ci kuboku qazandı

Tarix: 8 Fevral 2020 13:50

Andres İnyestanın çıxış etdiyi "Vissel Kobe" Yaponiya Superkuboku matçında "Yokohama" ilə qarşılaşıb.

Qol.az xarici xəbər verir ki, oyunun əsas və əlavə olunmuş vaxtında qalib müəyyənləşməyib- 3:3. Komandalar mübarizəni penaltilər seriyasında davam etdiriblər. Kobe təmsilçisi 3:2 hesabı ilə "Yokohama"nı üstələyərək kubokun sahibi olub.

Andres İnyesta isə matça start heyətdə çıxaraq oyunun sonunadək meydanda olub. 35 yaşlı müdafiəçi bu qələbə ilə karyerasındakı 37-ci kuboku qazanıb.

Qeyd edək ki, A.İnyesta 2018-ci ildən "Vissel Kobe"də çıxış edir.

 


Etiketlər:  yaşlı İnyesta kuboku qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ