Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 10:57
Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan parlamentinin deputatı Şaymardan Nurumov mətbuat konfransında deyib.
O bildirib ki, seçkilər zamanı 10-dan çox məntəqədə müşahidə aparıb:
"Biz seçki prosesinin dəqiq təşkilatçılığının şahid olduq. Bunu Azərbaycan üçün uğurlu adlandırmaq olar. İş beynəlxalq tələblərə tam uyğun aparılıb".
Deputat, həmçinin seçicilərin sayını qeyd edib:
"Biz seçki məntəqələrində çoxlu sayda seçici müşahidə etdik. Kəskin hava şəraitinə baxmayaraq seçicilərin əhval-ruhiyyəsi müsbət idi, bu da onu göstərir ki, azərbaycanlılar ölkədəki həyatdan razıdır və sabahkı günə inamları var".
O, parlament seçkilərinin ədalətli, uğurlu və beynəlxalq standartlara uyğun keçməsi ilə bağlı məmnunluğunu bildirib:
"Biz vətəndaşlarla, partiya nümayəndələri ilə söhbət etdik, onların heç bir şikayəti yox idi. Hər şey uğurlu keçdi".
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.
Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.
Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.