Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarrinin istefası gündəmə gəldi

Sarrinin istefası gündəmə gəldi

Tarix: 10 Fevral 2020 18:54

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son uğursuz çıxışlarından narazıdır. Klub prezidenti Andrea Anyellinin də artıq Sarriyə etimad göstərmək fikrində olmadığı bildirilir.

Qeyd edək ki, A Seriysının son turunda səfərdə "Verona"ya 1:2 hesabı ilə uduzan "Yuventus" liderliyi əldən verib. Turin təmsilçisi 23 oyundan sonra 54 xalla 2-ci, eyni xala malik "İnter" isə ilk pillədədir.
 


Etiketlər:  Sarrinin istefası gündəmə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ