Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 10:27
“Samsung” şirkəti orta səviyyəli “Galaxy M31” smartfonunun təqdimat tarixini rəsmən açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “FHD ” formatlı “Super AMOLED Infinity U” ekranı ilə təchiz ediləcək qurğunun ön kamerası ekranın yuxarı hissəsində yerləşəcək.
Arxa tərəfdə dörd kamera quraşdırılacaq. Onun əsas komponentini 64 milyon pikselli modul təşkil edəcək. Bundan başqa, korpusun arxasında barmaq izi skaneri yerləşəcək.
Şirkətin saytında qeyd olunur ki, enerjini 6 min milliamper/saat tutumlu güclü akkumulyator batareyası təmin edəcək. Dərc edilən reklam çarxlarında qurğu göy rəngdə göstərilib.
Bildirilir ki, “Samsung Galaxy M31” smartfonunun rəsmi təqdimatı fevralın 25-də keçiriləcək.
“Exynos 9611” prosessoru və 6 giqabaytlıq operativ yaddaşla təchiz olunacaq smartfon “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Nizam Nuriyev