Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 17:12
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 59,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.