Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehriban Sadıqova istefaya göndərildi

Mehriban Sadıqova istefaya göndərildi

Tarix: 12 Fevral 2020 10:24

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib.

Sonxeber.net xəbər verir ki, bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
 
Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.

Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb. Məsələni dəqiqləşdirmək üçün modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitədən məlumatı təsdiqləyiblər.


Etiketlər:  Mehriban Sadıqova istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ