Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 15:54
Türkiyənin məşhur pop ifaçısı Hadisə Açıkgöz şəxsi həyatı ilə diqqət mərkəzindədir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı müğənninin adı bu dəfə aktyor Kaan Yıldırımla hallanır.
Sevgilisinin olduğunu deyən, lakin həmin şəxsin adını açıqlamayan Hadisənin sevgilisinin K. Yıldırım olduğu ortaya çıxıb.
İddianı gücləndirən səbəb kimi sənətçinin yataq paltarında Kaanın iti ilə foto çəkdirib paylaşması olub. Aylar əvvəl çəkilən şəkil İnstaqram istifadəçiləri tərəfindən ortaya çıxarılıb.
Qeyd edək ki, Kaan ötən il aktrisa Ezgi Eyüboğludan boşanıb. Onun adı bir müddət əvvəl aktrisa Demet Özdemirlə hallanmışdı.