Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika telekanalı Azərbaycanda keçirilən parlament seçkiləri barədə süjet yayımlayıb

Meksika telekanalı Azərbaycanda keçirilən parlament seçkiləri barədə süjet yayımlayıb

Tarix: 14 Fevral 2020 09:51

Meksikanın "Once" televiziya kanalı ölkəmizdə keçirilmiş parlament seçkilərinə dair "Azərbaycanda parlament seçkiləri" adlı süjet yayımlayıb.

"Biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Meksikadan olan 800-dən çox beynəlxalq müşahidəçi Azərbaycan parlamentinə seçkiləri izləmək üçün buradadır".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar Bakıda səfərdə olan tanınmış jurnalist Federiko Lamont Meksikanın "Once" kanalının "Xəbərlər" informasiya-analitik proqramının birbaşa efirində yayımlanan süjetinə bu sözlərlə başlayıb.

Ölkəmizdə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edən F.Lamont prosesin demokratik və şəffaf şəraitdə keçdiyini bildirib.

Diqqətə çatdırılıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradə hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir, Azərbaycanda həyata keçirilən islahatların, o cümlədən sosial-iqtisadi siyasətin real nəticələrinin və seçki zəfərinin əsas səbəbi xalqın hakimiyyətə olan etimadıdır.

Habelə süjetdə Azərbaycanın dünyəvi dövlət olduğu, ölkəmizdə multikulturalizm və yüksək tolerantlıq ənənələri barədə məlumat verilib, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin burada mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşadıqları qeyd olunub.

Süjetdə müəllif, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkəmizin ərazisinin işğalına toxunub, bunun Azərbaycan xalqının ən ağrılı problemi olaraq qaldığını vurğulayıb. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının münaqişə üzrə məlum 4 qətnaməsinə istinad edir.

"Parlamentin yeni tərkibinin Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin yüksək nəticələrinə, ölkə iqtisadiyyatının sürətli inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə və uğurla davam edən genişmiqyaslı islahatlara öz dəyərli töhfəsini verəcəyinə azərbaycanlıların inamı böyükdür", - deyə F.Lamont bildirib.


Etiketlər:  Meksika telekanalı Azərbaycanda keçirilən parlament seçkiləri barədə süjet yayımlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ