Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 08:48
Bakı. Trend:
Kubada mayın 19-u baş verən yol qəzası nəticəsində həlak olanların sayı beşə çatıb.
Trend-in Kubanın dövlət telekanalına istinadən verdiyi məlumatına görə, xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
İstintaqın nəticəsinə görə, hadisə avtomobilin əyləc sistemində olan texniki problemlər səbəbindən olub. Qeyd edilir ki, sürücü sərxoş vəziyyətində olub.
Qeyd edək ki, mayın 19-u Kubanın paytaxtında Malekon dəniz kənarında minik avtomobili insanların üzərinə sürülüb.Onlardan biri yerində, daha dördü isə xəstəxanada dünyasını dəyişib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin