Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada 17-ci tura yekun vurulur

Premyer Liqada 17-ci tura yekun vurulur

Tarix: 16 Fevral 2020 12:52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə qeyri-sabit mövsüm keçirən iki autsayder komanda - "Səbail" və "Qəbələ" üz-üzə gələcək.

Turun qapanış matçında isə "Neftçi" digər paytaxt təmsilçisi "Keşlə"ni qəbul edəcək.

Ötən gün baş tutan oyunlarda "Qarabağ" səfərdə "Zirə"yə 6:0, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası

17-ci tur

16 fevral

"Səbail" - "Qəbələ"

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev.

Bakı. "ASCO Arena", 16:30

"Neftçi" - "Keşlə"

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.

Bakı. "Bakcell Arena", 19:00.

Milli.Az


Etiketlər:  Premyer Liqada 17 ci tura yekun vurulur


RƏYLƏR