Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 14:30
ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir. Yeni sistem hələ ki yalnız yerüstü əməliyyatlarda istifadə ediləcək, amma gələcəkdə sistemin aviasiya kəşfiyyatı üçün tətbiq edilməsi də planlaşdırılır.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyi 1 km-dək məsafədə insan sifətini identifikasiya edən yığcam üztanıma qurğusunu təqdim edib. Sözügedən cihaz "xüsusi təhlükəli ərazilərdə" istifadə ediləcək.
"Uzaq məsafədən təkmilləşdirilmiş taktik üztanıma" adlı layihəyə 2016-cı ildə start verilib. 2020-ci ilin əvvəlində tədqiqatçılar kütləvi istehsal üçün işlək prototip təqdim ediblər. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, qurğunun hazırlanması davam etdirilir, amma əlavə məlumat verməkdən imtina edib.
Emil Hüseynov