Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyi qidalandıran, beyin damarlarını açan SUPER QARIŞIM

Ürəyi qidalandıran, beyin damarlarını açan SUPER QARIŞIM

Tarix: 17 Fevral 2020 23:33

Damar təmizləyicisinin bir neçə resepti olsada, onların tərkibində sarımsaq olduğundan insanların çoxu istifadə edə bilmirlər. Bu qarışımın xoş iyi var, demək olar hamı tərəfindən asanlıqla qəbul edilə bilər.

Sonxeber.net medicina.az-a istinadən doktor Fizuli Hüseynovun super reseptini təqdim edir:

Bu qarışım bədəni xolesterindən və damar daxili yağlardan təmizləmək üçün yaxşı bir vasitədir. Bundan əlavə, yaddaşsızlıq, diqqət yayınmaları, sklerozdan qoruyur, ürək damarlarının tutulması zamanı faydalıdır.

Lazım olan ərzaqlar:

-Təzə zəncəfil -250 qram

-Kərəviz kökü 750 qram

-Təzə limon(qabığı ilə birlikdə) 500 qram

-Bal 1 kq

Hazırlanması:

Məhsullar yaxşı-yaxşı yuyulur, ət çəkəndən keçrilir, bal ilə qarışdırılıb şüşə balonuna tökülür və soyuducuya qoyulur. 1 həftə saxlanılır. Gündə 1 dəfə qarışdırılır. 1 həftədən sonra gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1-2 xörək qaşığı içilir. Məhsullar hamısı təzə olmalıdır.


Etiketlər:  Ürəyi qidalandıran beyin damarlarını açan SUPER QARIŞIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ