Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var

Tarix: 19 Fevral 2020 08:36

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Kayseri-Malatya avtomobil yolunun 141-ci kilometrində baş verib. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.


Etiketlər:  Türkiyədə sərnişin avtobusu aşıb çox sayda xəsarət alan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ