Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə klubunda yeni baş məşqçi

Tarix: 19 Fevral 2020 18:44

Türkiyənin "Denizlispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisini Bülənt Uyğun çalışdıracaq. Klubun vitse-prezidenti Kaan Şanlıkan yerli mətbuata müsahibəsində Uyğunla danışıqların müsbət nəticələndiyini və yaxın günlərdə onunla müqavilə imzalanacağını açıqlayıb.

Bülənt Uyğun bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis son olaraq "Kayserispor"u çalışdırıb.

Milli.Az


Etiketlər:  Türkiyə klubunda yeni baş məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ