Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dmitri Nazarov üçün 90 dəqiqə və 1 xal

Dmitri Nazarov üçün 90 dəqiqə və 1 xal

Tarix: 22 Fevral 2020 10:10

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə "Osnabryuk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

23 turdan sonra 31 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Dmitri Nazarov üçün 90 dəqiqə 1 xal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ