Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib

Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib

Tarix: 23 Fevral 2020 15:54

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonunda, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti deyib.

Ə.Rəhmətinin sözlərinə görə, Ərdəbil vilayətinin Tibb Elmləri Universiteti ilə razılaşma nəticəsində sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

Rəhməti əlavə edib ki, Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

İdarə rəsmisi deyib ki, gündəlik 4,5 min nəfər əcnəbi vətəndaş bu sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olur.

Milli.Az


Etiketlər:  Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ