Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 17:12
17:11
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlının müraciətində sözügedən dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.
Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.
X X X
Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, namizəd Baxışov Qəzənfər İsamməd oğlu tərəfindən müraciətdə həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb. R.İbrahimov şikayətin təmin edilməməsini təklif edib. Təkif səsə qoyularaq qəbul edilməyib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.
----------
16:08
Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib.
İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.