Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir

KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir

Tarix: 24 Fevral 2020 15:44

Xaçmaz "KOB Evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün növbəti təlim "Biznes planın hazırlanması" mövzusuna həsr olunub.

Sonxeber.net xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, dörd gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-dək startap və mikro sahibkar iştirak edib.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və sair barədə ətraflı məlumat verilib, təlimçilər tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin KOB-lara təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq etmək imkanı yaradılıb. Təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar verilib.


Etiketlər:  İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ