Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"... məni komandadan göndərin!" - Sarri əsəbiləşdi

Tarix: 23 May 2019 12:16

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, deyib: "Əgər mənim "Çelsi"dəki gələcəyim Avropa Liqasının kubokunu qazanmağıma bağlıdırsa, məni komandadan göndərin!".

Qeyd edək ki, yerli azarkeşlərin komandanın oyunundan narazı olduğu üçün London klubunun sahibi Roman Abramoviç 60 yaşlı mütəxəssisi istefa göndərə biləcəyi iddia olunur.

Əlavə edək ki, "Çelsi" Avroliqanın finalında mayın 29-u Bakıda "Arsenal"la qarşılaşacaq.

 


Etiketlər:  məni komandadan göndərin Sarri əsəbiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ