Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Tarix: 25 Fevral 2020 08:48

Tesla şirkətinin elektromobilləri təkcə öz mühərrikləri ilə deyil həm də avtopilot sistemini özündə birləşdirən təkmilləşdirilmiş elektronika ilə də məşhurdurlar. Bir neçə müddət bundan öncə Yaponiyanın böyük avotmobil istehsalçılarından birinin mühəndisləri məşhur Model 3 elektromobilini hissələrə ayırdılar və görülmüş nəticələrdən heyrətə gəldilər. Sonxeber.net technote.az-a istinadən bildirir ki, Model 3-ün mərkəzi idarəetmə modulunu analiz edən yaponiyalı mühəndislərdən birinin nəticəsi belə oldu: "Biz bunu hazırlaya bilmərik".

Bu cür reaksiya ilə mühəndis müasir istehsalçıların Tesla şirkətinin süni zəka çipinin analoqunu yarada bilməyəcəklərini nəzərdə tutub. Daha öncədən Elon Musk-ın qeyd etmişdi ki, Tesla elektromobillərinin sahib olduqları Hardware 3 sistemi həmin elektromobilləri tamamilə avtopilot sisteminə inteqrasiya etmək üçün yetəri hesablama gücünə sahibdir. Bununla belə Tesla-nın elektromobilləri avtopilot sisteminin yalnız 2-ci səviyyəsinə sahibdir. Yəni başqa sözlə desək, Tesla elektromobilləri hazırki mərhələdə hərəkət zolağını dəyişə, döngələrdə dönə bilə və sürücüsüz halda parkinq yerlərdə naviqasiya oluna bilər.

Nikkei jurnalistlərinin fikirlərinə əsasən digər avtomobil istehsaçıları bu səviyyəyə 2025-ci ildən tez çata bilməyəcəklər. Tesla şirkətinin öz rəqiblərindən irəlidə olmasını jurnalistlər elektromobillər üçün olan komponentlərin istehsalında və şirkətin sahib olduğu müqavilələr sistemində görürlər. Belə ki, digər şirkətlərdən fərqli olaraq Tesla öz partnyorlarını daha rahat və müstəqil şəkildə seçə bilir. Bu üsul ilə şirkət öz elektromobillərinə aparıcı texnologiyaların inteqrasiyasını daha sürətlə reallaşdırır


Etiketlər:  Digər avtomobil istehsalçıları Tesla geridə qalırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ