Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Batutçularımız Rusiyada qızıl medal qazandı

Batutçularımız Rusiyada qızıl medal qazandı

Tarix: 23 May 2019 13:36

Bakı. Trend:

Ötən gün Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Batutçularımız Rusiyada qızıl medal qazandı


RƏYLƏR