Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 16:28
ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen qanunvericiliyin müzakirə olunduğu parlamentin iclasına dolu tüfənglə girib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər.
Baba nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə parlamentin iclasına gətirdiyini deyib.
"Beyli beş yaşından atəş açır. O, doqquz yaşı olarkən elə bu tüfəngdən özünün ilk maralını vurub. Nəvəm bu silahı məsuliyyətlə daşıyır və bilir ki, barmağı tətikdə saxlamaq olmaz", - baba bildirib.
Hazırda Aydaho ştatında sakinlərə 18 yaşından etibarən gizli şəkildə silah daşımağa izn verilir.