Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 21:56
Yeni texnologiya batareyaların ömrünü uzada bilər.
TED.az xəbər verir ki, alimlər lityum-metal elementlərindən istifadə edərək adi lityum-ion batareyalarını əvəz etmək istəyirlər.
San Dieqoda yerləşən Kaliforniya Universitetinin bir qrup tədqiqatçıları dendritlərin meydana gəlməsinin qarşısını alan ultrasəs dalğalarını yayan cihaz hazırlayıblar. Cihazın ölçüsü insan dırnağından daha kiçikdir.
Keçirilən araşdırma nəticəsində məlum olub ki, lityum-metal batareyaları bir neçə dəfə istifadə edildikdən sonra orijinal gücünün 82%-i saxlaya bilib.