Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 07:38
Türkiyənin Malatya vilayətində 5,0 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Pütürqe rayonunda olub. Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Şanlıurfa, Elazığ, Diyarbakır, Kahramanmaraş, Adıyaman və ətraf illerde hiss edilib. Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.