Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 14:10
Hindistanın paytaxtı Dehlinin rəhbəri Arvind Kecrival şəhər ordu qüvvələrinin yeridilməsini təklif edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, o, həmçinin şəhərin bəzi hissələrin komendant saatının tətbiq olunmasına çağırıb.
Qeyd olunur ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə etiraz olaraq başlayan aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb.
250-dən çox etirazçının yaralandığı deyilir.
Qeyd edək ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə əsasən, qonşu ölkələrdən Hindistana gələn müsəlman olmayan qaçqınlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman hindlilər tərəfindən qəzəblə qarşılanıb.