Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Redmi Note 9 Pro smartfonunun ilk render fotosu ortaya çıxdı

Redmi Note 9 Pro smartfonunun ilk render fotosu ortaya çıxdı

Tarix: 27 Fevral 2020 09:00

 Hələ təqdim olunmamış Redmi Note 9 Pro smartfon modelinin ilk render fotosu internetdə ortaya çıxıb. Təqdim edilmiş render fotolara əsasən smartfon çərçivəsiz ekran, 4 kamera modulu və Samsung-un flaqman smartfon modellərindəki kimi ekrana inetqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Bu barədə Slashleaks saytı xəbər verib.

    Beləliklə təqdim olunmuş render fotodan da görmək olar ki, smartfonun ön kamerası kiçik dairəvi çıxıntı daxilində yerləşdiriləcək və həmin çıxıntı hissə ekranın yuxarısının mərkəzində olacaq. Smartfon həmçinin dördlü arxa kamera ilə də təchiz olunacaq: 64 MP, genişbucaqlı obyektiv, makroobyektiv və ToF modul. Render fotodan da görmək olar ki, smartfonun gövdəsində barmaq izi skanı texnologiyası yoxdur.

    Bu isə o deməkdir ki, həmin texnologiya çox güman ki, smartfonun ekranına inteqrasiya ediləcək. Məlumata əsasən Redmi Note 9 Pro modeli MediaTek Helip G70 prosessoru və Mali-G52 2EEMC2 qrafik sürətləndirici ilə təchiz olunacaq. Smartfonun 5G şəbəkəsini dəstəkləyib-dəstəkləməyəcəyi barəsində bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir.

Milli.Az


Etiketlər:  Redmi Note 9 Pro smartfonunun ilk render fotosu ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ