Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: “Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq

Deputat: “Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq

Tarix: 23 May 2019 17:42

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan UEFA Avropa Liqasının final matçına ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi böyük əhəmiyyət verir və yarışın yüksək səviyyədə baş tutması üçün mühüm addımlar atır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu yarışın Azərbaycanda keçirilməsi bəzi dairələri çox narahat edir: “Yarışla əlaqədar xeyli sayda azarkeşin, bu tədbirin təşkilatçılarının Azərbaycana gəlməsi və dünyanın bir çox ölkələrində milyonlarla insanın televiziyalar vasitəsilə yarışı izləməsi bir çox dairələri narahat edir. Çünki onlar bilirlər ki, Azərbaycana gələn insanlar ölkəmizin reallıqlarını, inkişaf, sabitlik və əmin-amanlığı görəcəklər. Ölkəmizi gözü götürməyən qüvvələr bir neçə gündür bu yarışın Bakıda keçirilməsi ilə bağlı absurd fikirlər səsləndiriblər. Bu günlərdə “Amnesty İnternational” adlı qurum bu tədbirin Bakıda keçirilməsini pisləyib və bəyan edib ki, guya Azərbaycanda insan hüquqları qorunmur. Biz bilirik ki, “Amnesty İnternational” korrupsiyaya bulaşmış bir qurum və ayrı-ayrı dairələrin əlində bir alətdir ki, müstəqil siyasət aparan ölkələrə qarşı belə qərəzli çıxışlar etsinlər".

Millət vəkilinin sözlərinə görə, “Amnesty İnternational”ın heç bir yerdə nüfuzu yoxdur:

“Bu qurumun qərəzli açıqlamaları anti-Azərbaycan kampaniyasının davamıdır. Hər birimiz əminik ki, Azərbaycanda bu günə qədər keçirilən bütün tədbirlər kimi UEFA Avropa Liqasının final oyunu da çox yüksək səviyyədə təşkil olunacaq, bura gələn insanlar paytaxtımızdan məmnunluqla ayrılacaqlar. Ona görə də “Amnesty İnternational” təşkilatının qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Amnesty İnternationalın qərəzli açıqlamalarının heç əhəmiyyəti olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ