Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramos İbrahimoviçə çatdı - Antirekord

Ramos İbrahimoviçə çatdı -  Antirekord

Tarix: 27 Fevral 2020 19:52

“Real”ın kapitanı Serxio Ramos  Çempionlar Liqasında antirekorda imza atıb.

Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti” ilə görüşün 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.

Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.

Ramos, Çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçi 4 qırmızı vərəqədən 3-nü birbaşa alıb.

 


Etiketlər:  Ramos İbrahimoviçə çatdı Antirekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ