Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aylton Silva "Qarabağ"dan gedir

Aylton Silva

Tarix: 28 Fevral 2020 15:50

"Qarabağ"ın müdafiəçisi Aylton Silva mövsümün sonunda komandanı tərk edəcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu Almaniyanın "Ştutqart" klubuna qayıdacaq.

Nəşr Ağdam təmsilçisinin 24 yaşlı sol cinah müdafiəçisini birdəfəlik almaq üçün 1,5 milyon avro ödəmək fikrində olmadığını qeyd edib.

Aylton mövsümün əvvəlindən "Qarabağ"da çıxış edir. O, komandada 26 oyun keçirib və 3 qol vurub.

Milli.Az


Etiketlər:  Aylton Silva Qarabağdan gedir


RƏYLƏR