Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbli anasına əl qaldıran atasını güllələdi

Məktəbli anasına əl qaldıran atasını güllələdi

Tarix: 28 Fevral 2020 16:00

16 yaşlı məktəbli anası ilə dava edən atasını güllələyərək qətlə yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Adıyaman vilayətində baş verib.

16 yaşlı Ş.Ö. evdə atası ilə anasının münaqişəsinin şahidi olub. Atası Mehmet Özer anasına əl qaldırdıqda isə o, özünü saxlaya bilməyib, evdə olan silahla atəş açıb. 

Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq, ölüb.

Ş.Ö. saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Milli.Az


Etiketlər:  Məktəbli anasına əl qaldıran atasını güllələdi


RƏYLƏR