Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Bayramov: ''Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi qazdan 100 milyard dollardan çox gəlir əldə edəcək''

Vüqar Bayramov: ''Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi qazdan 100 milyard dollardan çox gəlir əldə edəcək''

Tarix: 29 Fevral 2020 13:04

"Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə, iqtisadi inkişafına dəstək olmaqla yanaşı, Azərbaycanın özünün iqtisadi inkişafının artırılması baxımından çox əhəmiyyətlidir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.

V.Bayramov hesab edir ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.

Cənub Qaz Dəhlizinin Azərbaycanın enerji sektoru üçün yeni parlaq bir mərhələ sayan V.Bayramov əlavə edib ki, 2020-ci ilin sonunda Azərbaycan artıq TAP kəməri vasitəsilə Avropaya öz qazını çıxara biləcək. Birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur.

İqtisadçının fikrincə, Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq.

Mütəxəssis bu qənaətdədir ki, Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.

Bu layihənin həm də strateji xarakter daşıdığını deyən V.Bayramov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan 100 milyard dollardan artıq gəlir əldə edəcək.


Etiketlər:  Vüqar Bayramov Azərbaycan Cənub Dəhlizi çərçivəsində ixrac edəcəyi qazdan milyard dollardan çox gəlir əldə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ