Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət: Bu yaş qrupunda olan uşaqlara bal verməyin!

Diqqət: Bu yaş qrupunda olan uşaqlara bal verməyin!

Tarix: 1 Mart 2020 19:45

Olduqca faydalı qida olaraq bilinən bal uşaqları zəhərləyə bilər.

Sonxeber.net yenicag.az-a istinadən bildirir ki, ana südündən sonra əlavə qidaya keçid dövründə körpələrə bal vermək qəti olmaz. Bal 0-1 yaş qrupunda olan uşaqlarda ağır fəsadlara səbəb olur. Həkimlər bunun səbəbini balın tərkibində "kolostridium botalium" adlı bakteriyanın olması ilə əlaqələndirirlər. Bu bakteriya botilizm adı verilən zəhərlənməyə yol açır.

Botilizmin əlamətləri aşağıdakılardır:

- Uzun müddət davam edən qəbizlik

- Qol, ayaq və boyun əzələlərində kövrəklik

- Zəif və enerjisiz ağlama

- İştahsızlıq

- Halsızlıq, nəfəs almada çətinlik


Etiketlər:  Diqqət yaş qrupunda olan uşaqlara verməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ