Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 22:57
7 gün ərzində 5-7 kq arıqlamaq mümkündür.
Sonxeber.net yenicag.az-a istinadən bildirir ki, "yumurta" dietası sağlamlığında problem olmayanlar üçün idealdır. Bu pəhriz zamanı çay, qəhvə, meyvə suyu, su və mineral sular içmək olar. Bundan əlavə, menyuda olanların kənarına çıxmaq olmaz.
1. gün
Səhər: 1 dilim qızardılmış çörək, 1 ədəd qızardılmış pomior
Günorta: İstədiyiniz miqdarda meyvə
Axşam: 2 ədəd suda qaynadılmış yumurta, 1 ədəd qreyfurt
2. gün
Səhər: 1 ədəd qreyfurt, 1 ədəd suda qaynadılmış yumurta
Günorta: Sobada bişirilmiş toyuq, 2 ədəd pomidor
Axşam: Qızardılmış ət, salat.
3. gün
Səhər: 1 ədəd qreyfurt, 1 ədəd suda qaynadılmış yumurta
Günorta: 2 ədəd suda qaynadılmış yumurta, salat
Axşam: 2 tikə qızardılmış ət, kərəviz, salat
4. gün
Səhər: 1 dilim qızardılmış çörək, 2 ədəd yumurta
Günorta: İstənilən qədər meyvə
Axşam: 2 tikə qızardılmış ət, kərəviz, salat
5. gün
Səhər: 1 dilim qızardılmış çörək, 2 ədəd yumurta
Günorta: 2 ədəd yumurta, 2 ədəd pomidor
Axşam: Balıq, salat
6. gün
Səhər: 1 ədəd suda yumurta, 1 ədəd qreyfurtun suyu
Günorta: İstənilən qədər meyvə
Axşam: Sobada toyuq, kök, kələm
7. gün
Səhər: 2 çırpılmış yumurta, 1 qızardılmış pomidor
Günorta: 2 yumurta, ispanaq
Akşam: 1 tikə qızardılmış ət, kərəviz
Qeyd edək ki, bu dietanı 7 gündən artıq etmək olmaz.