Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 17:33
Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.
Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.