Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 21:27
Ümüdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Məlumatda bildirilib ki, Son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Belə ki, dünya üzrə 1804-ü yeni olmaqla ümumilikdə 88 948 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 174 minə çatıb. Həmçinin burada 2915 ölüm qeydə alınıb. Onlardan 42-i son 24 saat içində ölənlərdir.
Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 64 ölkə üzrə 8774 nəfərdir. Onların içərisində yoluxan 128 şəxs artıq ölüb.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək