Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür” - Elxan Məmmədov

Tarix: 3 Mart 2020 22:56

"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir".

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirərkən deyib.

O, yığmamızın normal qrupa düşdüyünü və bu rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.
 


Etiketlər:  Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür Elxan Məmmədov


RƏYLƏR